SON DƏQİQƏ: Silah anbarlarında ikici partlayış oldu
Bolqarıstanın Qabrovo vilayətində Tryavna və Tsareva-Livada şəhərləri arasındakı Qorni-Vırpişta kəndi ərazisində yerləşən kompleksdə silah istehsalçısı EMCO şirkətinə məxsus sursat anbarında partlayışla müşahidə olunan yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə şirkət rəhbərliyi məlumat yayıb.
Məlumata görə, yanğın daha sonra digər iki obyektə də keçib. Sursatların alışSilah masından sonra bir neçə partlayış baş verib. Anbarlarda iki mühafizəçi ərazini vaxtında tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, avqustun 10-da Tryavna yaxınlığındakı Belitsa kəndi ərazisində şirkətə məxsus müəssisədə bir sıra partlayışlar baş verib. Yanğın yük maşınından başlayıb, daha sonra zavod ərazisinə və yaxınlıqdakı meşəyə yayılıb.
Hadisə zamanı təxminən 300 işçi təxliyə edilərək ərazi mühasirəyə alınıb.