Son 48 saatda 6 PUA zərərsizləşdirildi – BƏƏ Müdafiə Nazirliyi

Dünya

19.05.2026 20:22

BƏƏ ölkənin hava hücumundan müdafiə (HHM) sistemlərinin son 48 saat ərzində altı pilotsuz uçuş aparatını (PUA) uğurla aşkarlayaraq onlara qarşı mübarizə apardığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki rəsmi hesabında yazıb.

"Hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq və səmərəlilik nümayiş etdirərək düşmən hədəflərini uğurla dəf edib və zərərsizləşdirib. İnsan tələfatı və ya kritik infrastrukturun təhlükəsizliyinə hər hansı bir təsir qeydə alınmayıb", - deyə qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

tag: BƏƏ ,PUA,Dron,Hücum,TodayPress TV,