Sloveniya Ukrayna üçün hava hücumundan müdafiə avadanlıqları alacaq

Dünya

05.12.2025 14:55

Sloveniya Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısına (Prioritized Ukraine Requirements List - PURL) qoşulacaq və ilin sonuna qədər Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün təxminən 43 milyon avro ayıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal "Telegram" sosial şəbəkəsində məlumat verib.

"Mən Kiyevdə Sloveniyanın müdafiə naziri Borut Sajoviç ilə görüş keçirdim. Sloveniyaya bütün mühüm sahələrdə göstərdiyi dəstəyə, xüsusən də PURL təşəbbüsündə iştirakına görə təşəkkür etdim. Bu, ilk növbədə hava hücumundan müdafiə sahəsində bizim imkanlarımızı gücləndirmək üçün həqiqətən mühüm təşəbbüsdür", - deyə o qeyd edib.

Şmıxal, həmçinin vurğulayıb ki, Sloveniya bu mexanizm üçün ilin sonuna qədər təxminən 43 milyon avro ayırmağı planlaşdırır.

Aysel Mətləb

TodayPress TV

tag: Sloveniya ,Müdafiə ,Ukrayna ,Yardım,Todaypress.tv,