Sevastopola kütləvi PUA hücumu

Sevastopola kütləvi PUA hücumu
12.08.2026 09:44 Dünya

Rusiyanın Sevastopol şəhərinə kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu olub.

TodayPress TV xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.

O, bildirib ki, hücum zamanı şəhər üzərində 30 PUA vurulub.

Qubernatorun  sözlərinə görə, Balaklavada üç çoxmənzilli bina və beş fərdi evə ziyan dəyib. Həmçinin vurulan PUA-ların qalıqları nəticəsində şəhərin bir neçə ərazisində kiçik ot və meşə yanğınları baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər