Səudiyyə neft kranlarını yenidən açır

Səudiyyə neft kranlarını yenidən açır
24.09.2026 20:51 Dünya

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəməri ilə Qırmızı dənizdə yerləşən Yanbu limanına xam neft nəqlini artırır.

TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, kəmərin fəaliyyəti çərşənbə axşamı bərpa edilsə də, tankerlərə neft yüklənməsi hələ başlanmayıb.

Saudi Aramco Avropadakı neft emalı şirkətlərinə Yanbu limanında ixracın bərpasından əvvəl kifayət qədər neft ehtiyatının toplanmasının davam etdiyini bildirib.

Məlumata görə, kəmərdə təzyiq sınaqları və digər hazırlıq işləri bir neçə gün çəkə bilər. Tam gücə qayıdışın isə altı həftə və ya daha uzun müddət davam edə biləcəyi qeyd olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər