“Sabah”ın baş məşqçisi “Fənərbaxça”ya gedə bilər

“Sabah”ın baş məşqçisi “Fənərbaxça”ya gedə bilər
01.11.2026 18:50 Dünya

Valdas Dambrauskas İstanbulun “Fənərbaxça” klubunun yeni baş məşqçisi ola bilər.

TodayPress TV xəbər verir ki, “TuttoMercatoWeb”in əldə etdiyi məlumata görə, hazırda Azərbaycanın “Sabah” klubunu çalışdıran litvalı mütəxəssislə Türkiyə təmsilçisi arasında intensiv danışıqlar aparılır. Tərəflər razılığa gəlmək üçün fəal təmasları davam etdirirlər.

49 yaşlı mütəxəssisin “Sabah”dan ayrılaraq Türkiyəyə yollanması və “Fənərbaxça”nın baş məşqçi postunu tutması gözlənilir.

Hazırda Dambrauskasa 2029-cu ilədək qüvvədə olacaq üçillik müqavilənin təklif edilməsi müzakirə olunur. Danışıqların yekunlaşmasına az qaldığı və yaxın zamanda razılığın əldə edilə biləcəyi bildirilir.

Razılıq əldə olunmayacağı təqdirdə isə hazırda “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olan niderlandlı Dirk Kuyt əsas alternativ hesab olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər