Azərbaycanın medal sayı 6-ya çatdı - Tsokayev dünya üçüncüsü oldu

Azərbaycanın medal sayı 6-ya çatdı - Tsokayev dünya üçüncüsü oldu
01.11.2026 19:15 İdman

Azərbaycanın sərbəst güləşçisi Əli Tsokayev Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatının bürünc medalına sahib çıxıb.

TodayPress TV xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada iranlı dünya mükafatçısı Əmirhüseyn Firuzpurbandpeylə üz-üzə gəlib.

Rəqibinə 6:0 hesabı ilə qalib gələn Tsokayev dünya çempionatını fəxri kürsüdə başa vurub.

Bu nəticə ilə Azərbaycan millisinin turnirdəki medal sayı altıya yüksəlib. Yığmanın aktivində iki qızıl, iki gümüş və iki bürünc medal var.

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər