Şanlıurfada 25 şagird qidadan zəhərləndi

Şanlıurfada 25 şagird qidadan zəhərləndi
06.12.2025 06:49 Dünya

Türkiyənin Şanlıurfa şəhərində qidadan zəhərlənən şagirdlər xəstəxanaya yerləşdiriliblər.

TodayPress TV ”HaberGlobal"a istinadən xəbər verir ki, hadisə Haliliye rayonunda yerləşən orta məktəblərin birində baş verib.

Belə ki, 25 şagird nahar vaxtı məktəbdə paylanan sendviç və şorbanı qəbul etdikdən sonra özlərini pis hiss ediblər. Bundan sonra müəllimlər hadisə barədə təcili yardım xidmətinə məlumat veriblər.

Hadisə yerinə gələn təcili tibbi yardım avtomobilləri şagirdləri xəstəxanalara çatdırıblar. Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər