Sadır Japarov yenidən prezidentliyə namizəd oldu

Sadır Japarov yenidən prezidentliyə namizəd oldu
10.11.2026 14:50 Dünya

Qırğızıstan Prezidenti Sadır Japarov qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

TodayPress TV xəbər verir ki, bu barədə Qırğızıstanın Seçkilərin və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyası məlumat yayıb.

Bildirilib ki, noyabrın 10-na olan məlumata əsasən, prezident postuna namizədlərin irəli sürülməsi ilə bağlı MSK-ya ümumilikdə altı ərizə daxil olub.

Namizədlərin irəli sürülməsi prosesi noyabrın 13-də başa çatacaq.

Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər