Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gündəmdədir
Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının bugünkü iclasında Ukrayna məsələsi də əsas müzakirə mövzularından biridir.
TodayPress TV xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.
Onun sözlərinə görə, İran və Orta Şərqdəki hadisələrə diqqət yönəldiyi bir zamanda Rusiyanın Ukraynaya qarşı hərbi hücumları davam edir.
“Kiyevdə insanlar hər gün həlak olur, çünki Rusiya bombaları dayandırmır. Ona görə də biz Rusiyaya qarşı təzyiqləri davam etdirməliyik. Bu səbəbdən 18-ci sanksiyalar paketi üzərində iş aparılır”, - deyə Kallas qeyd edib.
Töhfə Səməd