Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO

Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO
31.07.2026 08:52 Dünya

Rusiyanın Volqoqrad və Tatarıstan bölgələri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, Volqoqradda hücumun hədəfi eyni anda iki strateji obyekt olub.

Bunlardan biri "LUKOIL-Volqoqradneftemalı" Neft Emalı Zavodu, digəri isə  Wildberries şirkətinin paylama mərkəzidir.

Bildirilib ki, 44 min kvadratmetr sahəni əhatə edən bu logistika kompleksi Volqoqrad, Həştərxan və ətraf vilayətlər üçün əsas logistika mərkəzlərindən biri hesab olunur.

Eyni zamanda, Tatarıstanda da PUA-ların  Nijnekamsk Neft Emalı Zavodu  və Wildberries  şirkətinin anbarına zərbə endirdiyi barədə məlumat yayılıb.

Hadisələr nəticəsində dəymiş zərər və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Məlumatlar dəqiqləşdirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər