Rusiyanın strateji obyekti vuruldu - GÖRÜNTÜLƏR
Rusiyanın Yaroslavl şəhəri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev dronların sənaye obyektlərindən birinə düşdüyünü və nəticədə ərazidə yanğın baş verdiyini bildirib.
Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.
Təhlükəsizlik məqsədilə Yaroslavldan Moskva istiqamətində çıxış bir neçə saat müddətinə bağlanıb.
İlkin məlumatlara əsasən, hücumun “Transneft – Baltika” şirkətinə məxsus və Yaroslavl vilayətinin Qavrilov-Yam rayonunda yerləşən “Yaroslavl-3” neft nasos stansiyasını hədəf aldığı bildirilir.