Rusiyanın neft emalı zavodu yanır - VİDEO

Rusiyanın neft emalı zavodu yanır - VİDEO
23.09.2026 08:50 Dünya

Rusiyanın Samara şəhərində yerləşən Kuybışev Neft Emalı Zavodunda gecə saatlarında yenidən yanğın baş verib.

TodayPress TV xəbər verir ki, məlumata görə, zavod əvvəlki gecə dron hücumlarına məruz qalmışdı.

Sentyabrın 23-ü gecəsi isə müəssisənin sənaye ərazisində yenidən güclü yanğın qeydə alınıb.

Samara sakinləri gecə saatlarında güclü siren səsləri eşitdiklərini bildiriblər. Bölgədə dron təhlükəsi ilə bağlı xəbərdarlıq edilib və Samara hava limanında uçuşlara məhdudiyyət tətbiq olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər