Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ

Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ
05.08.2026 11:40 Dünya

Rusiyanın Kiyev və Kiyev vilayətinə kütləvi zərbəsi nəticəsində ölənlərin sayı 17-yə, xəsarət alanların sayı isə 44-ə çatıb. TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında yazıb. Zelenskinin sözlərinə görə, Rusiya qoşunları Ukrayna paytaxtına və vilayətə 24 ballistik raket, dörd "Sirkon/Oniks" raketi və 115 pilotsuz uçuş aparatı buraxıb. O qeyd edib ki, zərbənin əsas hədəfləri mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, pivə zavodu, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmiryol vağzalı olub. Ukrayna Prezidenti vurğulayıb ki, raket hücumundan müdafiə sistemləri üçün əlavə ələkeçirici raketlərin tədarükü insanların ölümünün qarşısını ala bilərdi. "Ələkeçirici raketlərin tədarükündə fəal rol oynamağa hələ hazır olmayan tərəfdaşlar yeni sanksiyalar tətbiq etməklə kömək edə bilərlər. Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli bir hissəsi hələ də sanksiyalar altına düşmür. Yeni addımlara ehtiyac var", - o qeyd edib.

TodayPress TV

***

09:08

Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyev və Kiyev vilayətinə endirdiyi kütləvi hücum nəticəsində azı 15 nəfər həlak olub, 51 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, Kiyev vilayətində 14 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Paytaxt Kiyevdə isə 1 nəfər həlak olub, 24 nəfər yaralanıb. Hücum zamanı bir sıra yaşayış və qeyri-yaşayış binalarında, eləcə də avtomobillərdə yanğınlar baş verib.

Bundan əlavə, Kiyevin Qoloseyevski rayonunda yerləşən sənaye müəssisələrindən birində ammiak sızması qeydə alınıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ — 1
XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər