Ermənistanın “tarix əməliyyatı”na Alban-Udi icmasından SƏRT REAKSİYA

Ermənistanın “tarix əməliyyatı”na Alban-Udi icmasından SƏRT REAKSİYA
18.09.2026 19:34 Dünya

Azərbaycan Alban-Udi Xristian Dini İcması Ermənistanın diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfərinə münasibətini qınayıb.

TodayPress TV xəbər verir ki, icmanın yaydığı bəyanatda Ermənistan tərəfinin Gəncəsər və Xudavəng kimi tarixi abidələri erməni irsi kimi təqdim etməsinə etiraz bildirilib.

Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfinin, o cümlədən müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, eləcə də Baş nazir Nikol Paşinyanın və digər yüksəkvəzifəli rəsmilərin bu cür açıqlamaları tarixi həqiqətlərin inkarı və saxtalaşdırılmasıdır.

İcma hesab edir ki, bu yanaşma regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır.

Bəyanatda vurğulanıb ki, Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsidir və Ermənistanın Qafqaz Albaniyasının tarixi və mədəni irsini inkar etməsi qəbuledilməzdir.

“Ermənistanın belə təxribatçı fəaliyyəti saxta milli müstəsnalığın, yalançı tarixin təzahürü və rasizm elementidir”, – deyə bəyanatda bildirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər