Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Ərzaq ehtiyatı yığın!
Britaniyalılara mümkün müharibə riskinə hazırlaşmaq, evdə su və konservləşdirilmiş qida ehtiyatı saxlamaq tövsiyə olunur.
TodayPress TV xəbər verir ki, BBC-nin məlumatına görə, Böyük Britaniya hakimiyyəti əhalini mümkün ciddi fasilələrə hazırlayır. Bununla əlaqədar olaraq, ölkədə onilliklər ərzində ilk dəfə böyükmiqyaslı münaqişə zamanı görüləcək tədbirləri nəzərdə tutan dövlət “müharibə planı” yenilənir.
NATO-nun keçmiş baş komandan müavini Riçard Şirreff hesab edir ki, Böyük Britaniyanın hazırkı 70 min nəfərlik ordusu belə bir müharibə üçün kifayət etməyə bilər.
Onun sözlərinə görə, ölkənin genişmiqyaslı münaqişəyə hazır olması üçün yeni hərbi xidmətə çağırış formasına ehtiyac yarana bilər.
Kübra Musayeva