Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO

Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO
05.08.2026 10:03 Dünya

Ukraynanın Kramatorsk şəhərinə Rusiya ordusunun zərbələri nəticəsində burada yaşayan azərbaycanlılar zərər çəkiblər.

TodayPress TV Report-a istinadən xəbər verir ki, Donetsk vilayətində Ukraynanın nəzarətində qalan bu şəhərdə zərər çəkənlərdən biri Kramatorskda Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovdur.

Ona məxsus 500 kvadratmetrlik ticarət obyekti, obyektə məxsus avtomobillər raket və dron zərbələrindən tamamilə məhv olub.

Aviazərbələr nəticəsində bu şəhərdə yaşayan digər azərbaycanlı, 1960-cı il təvəllüdlü İsmayılov Niyyətullanın evi ciddi zərər görüb, özü isə yaralanıb. Zərbələr nəticəsində avtomobili də sıradan çıxıb.

Kramatorskda yaşayan Həsən Məmmədovun yaşadığı yer dron zərbələri nəticəsində zərər görüb.

Qeyd edək ki Kramatorsk şəhəri daimi atəş altındadır.

TodayPress TV

FOTOLAR

Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO — 1
Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO — 2
XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər