Rusiyadan böyüyü varmı ki, G20 - yə dəvət etmirlər?
Rusiya Böyük Britaniyanı Putinin gələn il keçiriləcək G20 sammitində iştirakına mane olmağa çalışacağı təqdirdə ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.
TodayPress TV “Reuters” agentliyinə istinadən xəbər verir ki Böyük Britaniya 2027-ci ilin noyabrında Mançesterdə keçiriləcək sammitə ev sahibliyi edəcək. Lakin ölkənin Baş naziri Endi Börnham Ukrayna müharibəsi ilə əlaqədar tətbiq olunan Britaniya sanksiyalarına görə Putinin dəvət edilməyəcəyini bildirib.
Moskva isə bu qərardan narazıdır. Rusiya hesab edir ki, G20 sammitinə ev sahibliyi etmək Böyük Britaniyaya hansı ölkələrin tədbirdə iştirak edə biləcəyini müəyyənləşdirmək hüququ vermir.
Rusiya hələ də G20-nin üzvüdür. Ölkənin Xarici İşlər Nazirliyi Moskvanın hüquqlarını məhdudlaşdırmaq cəhdlərinin ciddi nəticələrə səbəb olacağını bəyan edib.
Beləliklə, Böyük Britaniya Putinin sammitdə iştirakını istəmir, Moskva isə bunun Londonun qərar verə biləcəyi məsələ olmadığını bildirir.
Zəhra Məmmədova