Rusiyada neft zavodu hədəfə alındı - VİDEO
Rusiyanın Samara vilayətinin Sızran şəhərində yerləşən Neft Emalı Zavoduna dron hücumu edilib.
TodayPress TV xəbər verir ki, yerli medianın məlumatına görə, hücum avqustun 8-nə keçən gecə baş verib.
Zavodun yaxınlığında bir neçə güclü partlayış eşidilib və daha sonra ərazidə yanğın başlayıb.
Sızran Neft Emalı Zavodu Rusiyanın neft sənayesində mühüm müəssisələrdən biridir və “Rosneft” sisteminə daxildir. Zavod daha əvvəl də dron hücumlarına məruz qalıb.
Hücum nəticəsində zavoda dəyən ziyanın miqyası və itkilərlə bağlı əlavə məlumat verilməyib.
Türkan İsgəndərli