Rusiya yeni əməliyyatın şifrələrini elan etdi: Litvaya girirlər – İDDİA

Rusiya yeni əməliyyatın şifrələrini elan etdi: Litvaya girirlər – İDDİA
25.09.2026 16:06 Dünya

Rusiya mediasında Litva ilə bağlı mümkün hərbi ssenari müzakirə edilir.

TodayPress TV xəbər verir ki, Rusiyanın "RİA Novosti" xəbər agentliyində Litva ilə mümkün hərbi qarşıdurma ssenarisindən bəhs edən məqalə dərc olunub.

Məqalə “Rusiya daha bir xüsusi hərbi əməliyyatla üzləşir. Bu, çox qısa olacaq” başlığı ilə yayımlanıb. 

Müəllif Litvanın nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə qoyulan qadağanı aradan qaldırmaq qərarından sonra mümkün Rusiya-Litva qarşıdurmasını Ukraynadakı müharibə ilə müqayisə edib.

Bildirilib ki, Baltikyanı regionda mümkün münaqişə coğrafi səbəblərə görə Ukraynadakı müharibədən fərqli olaraq daha qısa müddətdə baş verə bilər. O, belə bir ssenaridə Rusiyanın quru qoşunlarından istifadə etmədən, nüvə başlıqlı raketlər də daxil olmaqla, raket zərbələrinə üstünlük verə biləcəyini irəli sürülüb. 

Bu fikirlər müəllifin şəxsi mövqeyi kimi təqdim olunub.

Qeyd edək ki, məqalə Avropada Rusiyanın NATO ölkələrinə qarşı mümkün məhdud hərbi əməliyyatları ilə bağlı təhlükəsizlik müzakirələrinin aparıldığı vaxt yayımlanıb. 

Danimarka və Çexiyanın təhlükəsizlik qurumlarının son açıqlamalarında Rusiyanın yaxın aylarda NATO üzvü ölkəyə qarşı məhdud hərbi addım ata biləcəyi ilə bağlı mümkün ssenarilər qeyd olunmuşdu.

Rusiya Prezidenti Vladimir Putin isə sentyabrın 19-da Moskvanın Avropa ölkələrinə qarşı aqressiv niyyətinin olmadığını və Avropa dövlətləri ilə münasibətləri bərpa etməyə hazır olduğunu bildirib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər