Rusiya Ukraynanın üç şəhərinə zərbələr endirdi: Yaralılar var - VİDEO
Sentyabrın 22-nə keçən gecə Rusiya qüvvələri Ukraynanın Dnepr, Krivoy Roq və Pavloqrad şəhərlərində sənaye obyektlərinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, Dnepropetrovsk vilayətinin rəsmisi Aleksandr Qanja bildirib ki, hücum nəticəsində üç nəfər yaralanıb.
Yaralılara tibbi yardım göstərilib. Məlumata görə, üç şəhərdə zərbələrdən sonra yanğınlar baş verib. Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul isə şəhərin əlavə olaraq qanadlı raketlərlə atəşə tutulduğunu açıqlayıb.
Monitorinq kanalları hücum zamanı Kalibr qanadlı raketlərinin də istifadə edildiyini və onların Ukrayna hava məkanında olduğunu iddia edib.
Hücumlar zamanı Dnepr və Krivoy Roqda partlayış səsləri eşidilib. Pavloqrad, Zaporojye və Kremençuk şəhərlərində də partlayışlar barədə məlumatlar yayılıb.
Türkan İsgəndərli