Rusiya ordusu Ukrayna infrastrukturlarına zərbələr endirdi

Dünya

06.12.2025 13:45

Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi enerji və nəqliyyat infrastrukturu obyektlərinə, hərbi texnika anbarına, eləcə də Ukrayna bölmələrinin 152 rayonda müvəqqəti yerləşmə məntəqələrinə zərbələr endirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Nazirlik zərbələrin döyüş təyyarələri, hücum PUA-ları, raket qüvvələri və artilleriya ilə həyata keçirildiyini bildirib.

Ukraynanın Energetika Nazirliyi açıqlayıb ki, Kiyev, Lvov, Çerniqov, Zaporijjya, Odessa, Nikolayev, Dnepropetrovsk və Xarkov vilayətlərində obyektlərə ziyan dəyib.

"Hazırda Ukraynanın bütün regionlarında saatlıq kəsilmə qrafiki qüvvədədir. Sənaye istehlakçıları və müəssisələr üçün elektrik enerjisinin azaldılması qrafikləri də qüvvədə qalır", - Energetika Nazirliyi qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rusiya,Ukrayna,AES,Zərbə,Todaypress.tv,