Ukraynaya qalib gələ bilməyən Rusiya lülənin ağzını NATO-ya çevirdi
Rusiyanın Ukraynaya dəstək verən NATO ölkələrinə qarşı mümkün hərbi addımları ilə bağlı narahatlıqlar artır.
TodayPress TV xəbər verir ki, Danimarkanın Müdafiə Kəşfiyyat Xidmətinin (FE) hesabatında Rusiyanın mümkün hərbi addımlarının Avropanın Ukraynaya dəstəyini zəiflətməyə və NATO daxilində fikir ayrılıqlarını dərinləşdirməyə yönələ biləcəyi qeyd olunur.
Hesabatda Moskvanın alyansa üzv ölkələrdən birinə qarşı məhdud hərbi əməliyyat həyata keçirməklə NATO-nun kollektiv müdafiə mexanizmini sınağa çəkə biləcəyi bildirilir.
Sənəddə Rusiyanın NATO-ya qarşı genişmiqyaslı müharibəyə başlaması ilə məhdud hücum ssenarisi fərqləndirilir. Bununla belə, mümkün hərbi təhdidlərin Avropanın təhlükəsizlik gündəliyində mühüm yer tutduğu vurğulanır.
Jalə Rövşən