Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR
Avqustun 8-nə keçən gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumu nəticəsində 4 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, saat 05:45-ə olan məlumata əsasən, hücum nəticəsində yaralananların olduğu təsdiqlənib.
Hazırda müvafiq xidmətlər gecə hücumunun nəticələrinin aradan qaldırılması üçün iş aparır.
Qeyd edək ki, gecə saatlarında Kiyev və bəzi digər bölgələrdə bir neçə dəfə hava həyəcanı elan olunub.
Bundan başqa, Kiyev vilayətinin Brovarı rayonuna endirilən zərbələr nəticəsində 3 nəfər, o cümlədən bir uşaq həlak olub, daha 3 nəfər yaralanıb.
Türkan İsgəndərli