Rusiya bir uşağın həyatı üçün 1 milyon rubl təklif etdi
Nijnekamsk bələdiyyəsi avqustun 10-da şəhərə edilən dron hücumunda həlak olan uşağın ailəsinə 1 milyon rubl (təxminən 21 min manat) maddi yardım göstərəcək.
TodayPress TV xəbər verir ki, bu barədə şəhər meri Radmir Belyayev bildirib.
Məlumata görə, uşağın dəfn mərasiminin bütün xərclərini də bələdiyyə qarşılayacaq. Bundan əlavə, şəhər müəssisələri digər zərərçəkənlərin ailələrinə və xəsarət alan əməkdaşlara maliyyə yardımı göstərəcək.
Tatarıstanın səhiyyə naziri Almir Abaşev həlak olan uşağın qız olduğunu və tibbi yardım gələnədək həyatını itirdiyini açıqlayıb.
Qeyd edək ki, məlumata görə, avqustun 10-da Nijnekamska edilən dron hücumu nəticəsində ümumilikdə 13 nəfər ölüb.
Jalə Rövşən