Qumda məscid üzərində “qisas bayrağı” qaldırıldı
Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin xatirəsinə Qum şəhərində yerləşən Cəmkəran məscidi üzərində qırmızı “qisas bayrağı” qaldırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Cəmkəran" məlumat yayıb.
Məlumata görə, bu bayraq daha əvvəl də müxtəlif hadisələrdən sonra qaldırılıb. O cümlədən, 2025-ci ilin iyununda İran və İsrail arasında baş verən 12 günlük müharibə zamanı, həmçinin 2020-ci ildə ABŞ tərəfindən hədəfə alınaraq öldürülən iranlı general Qasım Süleymaninin ölümündən sonra məscidin üzərində dalğalandırılmışdı.
Bununla yanaşı, ölkə üzrə Əli Xameneinin xatirəsinə qara matəm bayraqlarının da qaldırıldığı bildirilir.
Türkan İsgəndərli