Qlobal plastik sazişi üzrə kompromis təklifi irəli sürüldü

Qlobal plastik sazişi üzrə kompromis təklifi irəli sürüldü
15.08.2025 09:26 Dünya

İsveçrədə keçirilən qlobal plastik sazişi üzrə danışıqlarda kompromis təklifi təqdim edilib.

TodayPress TV xəbər verir ki, “AFP”nin diplomatik mənbələrinə görə, təklif danışıqların davamı üçün yetərli əsas yaradır.

Buna baxmayaraq, bir sıra vətəndaş cəmiyyəti təşkilatları sənədi insanların sağlamlığı və ətraf mühitin qorunması baxımından kifayət qədər iddialı hesab etmədiklərini bildiriblər. Keçən həftə başlayan danışıqlar dünən başa çatmalı idi, lakin gecə yarısı dayandırılıb. Sazişin məqsədi plastik tullantıların miqdarını azaltmaqdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər