Qırğızıstanda prezident seçkilərinin tarixi bəlli oldu
Qırğızıstan parlamenti növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsinə qərar verib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qərar parlamentin iclasında iştirak edən 86 deputatın hamısı tərəfindən dəstəklənib.
Qırğızıstan Konstitusiyasına əsasən, prezident seçkilərinin tarixini müəyyən etmək səlahiyyəti parlamentə məxsusdur.
Türkan İsgəndərli