Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başladı

Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başladı
19.09.2026 09:03 Dünya

Qırğızıstan Prezidenti Sadır Japarovun ABŞ-yə işgüzar səfəri başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısını Yuta ştatının Solt-Leyk-Siti şəhərinin hava limanında ştat Senatının prezidenti Stüart Adams qarşılayıb.

Səfər çərçivəsində Sadır Japarov ştat rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin turizm və dayanıqlı dağ inkişafı sahələrində ABŞ-nin təcrübəsi ilə tanış olacaq.

Daha sonra Qırğızıstan Prezidenti Nyu-Yorka gedəcək. O, burada BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrinin yüksək səviyyəli həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək, həmçinin ABŞ-nin dövlət başçıları və iri şirkət rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər