Qara dənizdəki hücumlar Rusiyaya baha başa gəlir

Qara dənizdəki hücumlar Rusiyaya baha başa gəlir
14.09.2026 10:00 Dünya

Qara dənizdə dron hücumlarının artması Rusiya neftinin daşınması üzrə fraxt qiymətlərinin ardıcıl yeddinci həftə rekord səviyyəyə yüksəlməsinə səbəb olub.

TodayPress TV xəbər verir ki, “Kommersant”ın məlumatına görə, Novorossiysk limanından Qərbi Hindistan və Şimali Çinə neft daşıyan kommersiya və tanker donanmasının bir hissəsi hücumlar səbəbindən bu limandan yayınmağa başlayıb. Bu isə alternativ marşrutlara tələbatı və daşınma xərclərini artırıb.

31 avqust–6 sentyabr tarixlərində Aframax tipli tankerlərlə Novorossiyskdən Qərbi Hindistana Rusiya neftinin daşınmasının qiyməti barel üçün 23,2 dollara yüksəlib. Şimali Çin istiqamətində isə bu göstərici 25,7 dollar təşkil edib.

Hər iki marşrut üzrə fraxt qiymətləri əvvəlki dövrlə müqayisədə müvafiq olaraq 2,7 və 3,1 faiz artıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər