Qalibafın dilindən yeni savaş elanı çıxdı

Qalibafın dilindən yeni savaş elanı çıxdı
17.11.2026 08:54 Dünya

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, İsrail Livanın cənubundan çıxmayana qədər regionda sülh mümkün deyil.

TodayPress TV xəbər verir ki, o, Livan parlamentinin spikeri Nəbih Berri ilə danışığında Livanda müharibənin dayandırılmasının vacibliyini vurğulayıb.

İsrailin müdafiə naziri isə ölkənin Livanın cənubunda yaratdığı təxminən 700 kvadratkilometrlik təhlükəsizlik zonasının Hizbullah tamamilə tərksilah edilənədək saxlanılacağını bildirib.

Diqqətçəkən məqam isə odur ki, Qalibafın açıqlamasında Hizbullahın silahlarının taleyi ilə bağlı heç bir tələb səsləndirilməyib. Halbuki İsrail qüvvələrinin Livandan çıxması üçün irəli sürdüyü əsas şərtlərdən biri məhz budur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər