“Putinin qarşısında oturmaq…” - Zelenski

“Putinin qarşısında oturmaq…” - Zelenski
21.09.2026 21:20 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə üz-üzə görüşməyə hazır olduğunu bildirib.

TodayPress TV-nin məlumatına görə, Zelenski qeyd edib ki, belə bir görüş onun üçün asan olmayacaq, lakin sülhə nail olmaq və nəticə əldə etmək naminə buna hazırdır.

“Putinin qarşısında oturmaq həyatımın ən yaxşı günü olmayacaq. Amma nəticə naminə, sülhə yaxınlaşmaq üçün bunu edəcəyəm”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, Kiyev heç bir ilkin şərt olmadan atəşkəsə və diplomatik danışıqlara keçməyə hazırdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər