Putinin Çinə apardığı nümayəndə heyəti açıqlandı - SİYAHI

Dünya

19.05.2026 21:15

Rusiya Prezidenti Vladimir Putinin özü ilə Çinə gətirdiyi nümayəndə heyətinin tərkibi açıqlanıb.

TodayPress TV heyəti təqdim edir:

•Denis Manturov - Baş nazirin birinci müavini. Müdafiə sənayesi, daxili istehsal və sənaye suverenliyi proseslərindən məsuldur

•Aleksandr Novak - Baş nazirin müavini. Enerji və OPEC+ münasibətlərindən məsuldur.

•Tatyana Qolikova - Baş nazirin müavini. Səhiyyə, sosial siyasət, pensiya sistemi və demoqrafiyadan məsuldur.

•Yuri Trutnev - Uzaq Şərq Federal Dairəsinin səlahiyyətli nümayəndəsi

•Dmitri Çernışenko - Baş nazirin müavini. Rəqəmsal transformasiya, texnologiya, innovasiya, turizm, idman və media siyasətindən məsuldur.

•Anton Siluanov - Maliyyə naziri

•Maksim Reşetnikov - İqtisadi İnkişaf naziri

•Oksana Lut - Kənd Təsərrüfatı naziri

•İrek Fayzullin - Tikinti, Mənzil və Dövlət Xidmətləri naziri

•Valeri Falkov - Elm və Ali Təhsil naziri

•Andrey Nikitin - Nəqliyyat naziri

•Sergey Lavrov - Xarici İşlər naziri

•Dmitri Peskov - Kreml sözçüsü

•Aleksey Miller - Qazprom direktoru

TodayPress TV

tag: Putin,Çin,Nümayəndə,Peskov,TodayPress TV,