Sanders: Pulu İsrailə yox vətəndaşlarımıza xərcləməliyik

Sanders: Pulu İsrailə yox vətəndaşlarımıza xərcləməliyik
06.08.2026 15:28 Dünya

ABŞ senatoru Berni Sanders ölkəsinin xarici və daxili siyasətini sərt tənqid edərək, sonsuz müharibələrə və həddindən artıq hərbi xərclərə son qoyulmasının vacibliyini bildirib.

TodayPress TV  "Clash Report"a istinadən xəbər verir ki, Sanders ABŞ-nin İsrail hökumətinə maliyyə dəstəyini də dayandırmalı olduğunu vurğulayıb.

O, İsrail hökumətini Fələstin xalqına qarşı "soyqırımı xarakterli əməllər" törətməkdə ittiham edib.

"Biz sonsuz müharibələri dayandırmalıyıq. Həddindən artıq hərbi xərclərə son qoymalıyıq. Fələstin xalqına qarşı soyqırımı xarakterli əməllər törətmiş İsrail hökumətini maliyyələşdirməyi dayandırmalıyıq", – deyə Sanders bildirib. 

Senator əlavə edib ki, hərbi xərclərə ayrılan vəsait ABŞ vətəndaşlarının rifahına yönəldilməli, mənzil təminatı, təhsil və səhiyyə sahələrinə daha çox investisiya qoyulmalıdır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər