Plan sızdı: Amerika ordusu İsfahana girir, uranı aparır
ABŞ-də Prezident Donald Tramp üçün İrana qarşı mümkün hərbi variantlar hazırlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata əsasən, müzakirə olunan planlar arasında İranın Isfahan şəhəri yaxınlığındakı nüvə obyektlərinə xüsusi əməliyyat keçirilməsi, hərbi və raket infrastrukturlarına hava zərbələri endirilməsi, həmçinin Hörmüz boğazı və Xarq adası ətrafında dəniz nəzarətinin gücləndirilməsi variantları yer alır.
Bildirilir ki, bu planlar hələlik ehtimal xarakteri daşıyır və onların həyata keçirilməsi ilə bağlı rəsmi qərar verilməyib. ABŞ rəsmiləri də məsələyə dair açıq açıqlama verməyiblər.
Türkan İsgəndərli