İran Prezidentindən BMT-də SƏRT BƏYANAT: "Baş əyməyəcəyik!"
İran hüquqlarından imtina etməyəcək və baş əyməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı danışıb.
Lider qeyd edib ki, İran nüvə silahına qarşıdır, lakin dinc məqsədli nüvə texnologiyasından istifadə hüququna məhdudiyyət qoyulmamalıdır.
Pezeşkian həmçinin vurğulayıb ki, İranın nüvə proqramı məsələsi döyüş meydanında deyil, xalqın hüquqlarını və bu proqramın dinc xarakterini təmin edən qarşılıqlı razılaşma vasitəsilə həll edilməlidir.
Aysel Mətləb