Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!”
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin regiondakı siyasətini sərt tənqid edib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, minlərlə kilometr uzaqdan gələn ABŞ region ölkələri arasında qarşıdurma yaratmamalıdır.
"Bizim necə yaşayacağımıza Amerika necə qərar verə bilər? Niyə Amerika 10 min kilometr yol qət edib bu regiona gələrək bir-birinə yaxın xalqlar və dövlətlər arasında savaş çıxarmalıdır?".
İran Prezidenti əlavə edib ki, bu regionda yaşayan ölkələr gələcəkdə də qonşu olacaqlar və problemlərini özləri həll edə bilərlər.
O, həmçinin ABŞ vergi ödəyicilərinin pullarının Yaxın Şərqdəki “anlamsız müharibələrə” xərcləndiyini bildirib.
Türkan İsgəndərli
TodayPress TV