Pezeşkian ABŞ-yə gedir – TƏCİLİ

Pezeşkian ABŞ-yə gedir – TƏCİLİ
18.09.2026 12:09 Dünya

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizaları təsdiqləyib.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, vizalar həm İranın əsas nümayəndə heyətinə, həm də onların fəaliyyəti üçün zəruri hesab edilən müşayiətçi heyətə verilib.

Məlumata görə, İran nümayəndə heyətinin üzvlərinə bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, diplomatların Nyu York şəhəri daxilində hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq. Həmçinin ABŞ qanunvericiliyinə uyğun olaraq nümayəndə heyətinin üzvlərinə dəbdəbəli məhsulların alınması qadağan ediləcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu Yorkda öz işinə başlayıb. Yüksək Səviyyəli Liderlər sammiti həftəsi isə sentyabrın 22-də start götürəcək.

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər