Pekin Tayvan münaqişəsinə Berlinin də adını qatdı

Pekin Tayvan münaqişəsinə Berlinin də adını qatdı
21.09.2026 21:30 Dünya

Çin hakimiyyəti Almaniyanın Tayvan boğazında sülhün qorunub saxlanılmasına kömək edəcəyinə ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə ÇXR-nin xarici işlər naziri Van İ almaniyalı həmkarı Yohann Vadeful ilə telefon danışığı zamanı bildirib.

O vurğulayıb ki, "vahid Çin" prinsipinə əməl olunması iki ölkə arasındakı münasibətlərin siyasi əsasını təşkil edir:

"Ümid edirəm ki, Almaniya tərəfi iki dövlət arasında qarşılıqlı etimad və dostluq ənənələrini yüksək qiymətləndirəcək və möhkəmləndirəcək, "vahid Çin" prinsipinə dəqiqliklə riayət edəcək, konkret addımlarla Çin-Almaniya münasibətlərini, Tayvan boğazında sülhü və sabitliyi qoruyacaq".

Van İ, həmçinin Berlinin yüksək səviyyədə ikitərəfli əməkdaşlıq üçün zəruri şərait yaradacağına ümid etdiyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər