Paşinyanla dalaşan qadın işdən çıxarıldı

Dünya

19.05.2026 13:55

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mitinqdə mübahisə edən qadın işdən çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.

Bildirilir ki, İrəvan 16 saylı poliklinikasında 20 ilə yaxındır çalışan qadının hadisədən sonra işdən çıxarılması gündəmə gəlib.

Məlumata görə, poliklinika direktoru onun istefa verməsini tələb edib, lakin qadın istefa ərizəsi yazmaqdan imtina edib.

Qadının ailəsi məsələ ilə bağlı əlavə açıqlama verməkdən çəkinib. Hazırda hadisə ilə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ermənistan,Paşinyan,İş,İstefa,Todaypress.tv,