Paşinyan İrana gedəcək - Tarix açıqlandı
Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri 2026-cı il üçün iki ölkənin planlarına daxil edilib. Lakin səfərin konkret tarixi hələ razılaşdırılmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami bildirib.
Diplomatın sözlərinə görə, tərəflər səfərin təşkili ilə bağlı detalları Ermənistan rəsmiləri ilə müzakirə etməlidirlər.
Şirqolami həmçinin bildirib ki, Paşinyanın İrana səfəri zamanı strateji tərəfdaşlıq haqqında sənədin imzalanması planlaşdırılır. Onun sözlərinə görə, bu sənəd iki ölkə arasında əməkdaşlığın daha da rəsmiləşdirilməsinə və əsas istiqamətlərin müəyyənləşdirilməsinə imkan verəcək.
Səfir qeyd edib ki, sənədin hazırlanması ilə bağlı işlər artıq davam edir və tərəflər onun yaxın gələcəkdə imzalanması üçün çalışırlar.
Şirqolami həmçinin Ermənistanda 7,2 kilometrlik Kajaran tunelinin tikintisinə İran şirkətinin başladığını açıqlayıb. Diplomat layihənin imkan daxilində planlaşdırılan vaxtdan əvvəl başa çatdırıla biləcəyinə ümid etdiyini bildirib.
Kajaran-Agarak yolunun tərkibində tikilən tunel Ermənistanın ən uzun tunellərindən biri olacaq.
Türkan İsgəndərli