Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir”

Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir”
08.08.2026 12:30 Dünya

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişinin digər ölkələr üçün də açıq olmasının tərəfdarı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Asifin sözlərinə görə, bu əməkdaşlıq “qapalı klub” olmamalı və gələcəkdə digər ölkələrin də iştirakı ilə genişlənməlidir.

Pakistanlı nazir hesab edir ki, müsəlman ölkələri NATO nümunəsində bir araya gələ bilər.

“Düşünürəm ki, müsəlman ölkələri aralarındakı fikir ayrılıqlarını, konkret maraqlardan irəli gələn məsələləri və ikitərəfli mübahisələri bir kənara qoyaraq vahid platformada birləşməlidirlər”, – Asif bildirib.

Onun fikrincə, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi müsəlman ölkələri arasında daha güclü birlik yarada bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər