Pakistanda məscidin yaxınlığında partlayış - 15 nəfər öldü - VİDEO

Pakistanda məscidin yaxınlığında partlayış - 15 nəfər öldü - VİDEO
18.09.2026 13:52 Dünya

Pakistanda məscidin yaxınlığında partlayış baş verib.

TodayPress TV xəbər verir ki, “Geo News”un məlumatına görə, hadisə Xeybər-Paxtunxva vilayətində qeydə alınıb.

Partlayışın cümə namazı vaxtı baş verdiyi bildirilir. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə xəsarət alıb. Yaralıların içərisində polis əməkdaşları da var.

Partlayış nəticəsində məscidin binasına ciddi ziyan dəyib.

Məlumata görə, partlayıcı yüklü avtomobil məscidin yaxınlığında yerləşən obyektlərdən birinə çırpılıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər