Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 31-ə çatdı
Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölənlərdən 16-sı polis əməkdaşıdır. Bundan başqa hadisə zamanı 100-dən çox insan yaralanıb.
Bundan başqa terrorçularla baş verən atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları altı yaraqlı zərərsizləşdirib.