Ötən gecə Rusiya üzərində 116 Ukrayna PUA-sı vurulub
Ötən gecə Rusiya bölgələri üzərində 116 Ukrayna PUA-sı vurulub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiyanın 10 bölgəsi üzərində 116 Ukrayna PUA-sını zərərsizləşdirib və ələ keçirib.
Onlardan 29-u Ryazan, 27-si Voronej üzərində vurulub.