Rusiya tankerindən sızan neft 390 kv. km-ə çatdı - RƏSMİ

Rusiya tankerindən sızan neft 390 kv. km-ə çatdı - RƏSMİ
10.08.2026 18:18 Dünya

Sanksiyalar altında olan və Rusiya xam neftini daşıyan gəminin zədələnməsindən sonra ölkə sahillərində təxminən 390 kvadratkilometr (150 kvadrat mil) ərazini neft ləkəsi örtüb.

TodayPress TV xəbər verir ki, bu barədə Oman Ətraf Mühit İdarəsinin açıqlamasında bildirilib.

Məlumata əsasən, ölkə cənubdakı Zufar vilayətinin sahillərində, Hallaniyat adaları yaxınlığında "Caroline Bezengi" tankerindən neft sızmasının qarşısını almağa çalışır.

Bildirilib ki, neft ləkəsi adaların şimal-şərqindən materik istiqamətində yayılır və ən yaxın nöqtədə sahildən təxminən 7 kilometr (4,3 mil) məsafəyə çatır.

Aysel Mətləb

TodayPress TV

xxx

Oman sahilləri yaxınlığında 1 milyon barrel neft daşıyan və sanksiya altında olan “Caroline Bezengi” neft tankeri batıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Arab News” peyk görüntülərinə istinadən məlumat yayıb.

Tanker təxminən iki ay əvvəl Omaniyanın cənub-qərbində, Kibliya adası yaxınlığındakı qorunan ərazidə saya oturub.

Nəşrin yayımladığı peyk görüntülərində təxminən 800 kvadratkilometr ərazini əhatə edən neft çirklənməsi qeydə alınıb.

Məlumata görə, gəminin batması ərazidə ciddi ekoloji fəsadlarla bağlı narahatlıqları artırıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Rusiya tankerindən sızan neft 390 kv. km-ə çatdı - RƏSMİ — 1
XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər