Niderlandda məhkumlar həbsxana əməkdaşlarını girov götürdü

Dünya

06.12.2025 01:32

Niderlandın Şimal Brabant vilayətinin Vüqt şəhərində yerləşən cəzaçəkmə müəssisəsində məhkumlar bir neçə həbsxana əməkdaşını girov götürüblər.

TodayPress TV xəbər verir ki, bu barədə “NU.nl” portalı məlumat yayıb.

Məlumata görə, insident həbsxananın xəstəxana bölməsinin psixiatrik şöbəsində baş verib. Qeyd olunur ki, hadisə xüsusi qorunan hissədə, ən təhlükəli məhkumların saxlanıldığı bölmədə baş verməyib.

Qeyd olunur ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstələri daxil olub. Niderlandın ədliyyə və təhlükəsizlik nazirliyi təsdiqləyib ki, insident yalnız həbsxananın daxilində baş verir və müəssisənin perimetri xaricində hər hansı axtarış tədbirləri aparılmır.

Girovların sayı və hadisənin detalları hələlik açıqlanmır.

TodayPress TV

tag: Niderland, H'bsxana, Girov, Brabant, todaypress.tv,