"Netflix" "Warner Bros."u 82,7 milyard dollara alacaq

Dünya

05.12.2025 17:12

"Netflix" "Warner Bros. Discovery"nin film və televiziya studiyalarını, eləcə də "HBO Max" striminq platformasını almaq üçün danışıqlara başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə  "Bloomberg" məlumat yayıb.

Saziş baş tutarsa, ABŞ media bazarında “tektonik dəyişikliklərə” səbəb ola bilər.

Məlumata görə, tərəflər yaxın günlərdə sövdələşməni elan edə bilərlər. Əgər tənzimləyicilər razılığa mane olsa, "Netflix" 5 milyard dollar cərimə ödəyəcək. "CNN", "TBS" və "TNT" kanalları razılaşmaya daxil edilməyəcək və ayrıca şirkətə birləşdiriləcək.

Bu satınalma "Netflix" üçün ən böyük sövdələşmə olacaq. Şirkət bu halda "HBO"nun məşhur serialları, “The Sopranos”, “Game of Thrones” və "Warner Bros"un digər iri layihələri, o cümlədən “Harry Potter” və “Friends” kimi məşhur kontentə çıxış əldə edəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Netflix,HBO,Warner Bros. Discovery,Platforma,Todaypress.tv,