Netanyahuya ən ağır zərbə gözlənilməyən yerdən gəldi

Netanyahuya ən ağır zərbə gözlənilməyən yerdən gəldi
28.10.2026 00:30 Dünya

İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. İranın zərbələri nəticəsində ciddi dağıntılara və itkilərə məruz qalan bölgələrin böyük hissəsində seçicilərin müxalifət partiyalarına üstünlük verdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Seçki məntəqələrinin bağlanmasından sonra açıqlanan ilk “exit-poll” nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 24 mandatla birinci yerdə qərarlaşıb.

Qadi Eyzenkotun rəhbərlik etdiyi “Yaşar!” partiyasının 22, Naftali Bennet və Yair Lapidin “B’Yaxad” blokunun isə 12 mandat qazanacağı proqnozlaşdırılır.

İlkin nəticələrə görə, “Ortaq Siyahı” 11, Yair Qolanın rəhbərlik etdiyi “Demokratlar” və Aviqdor Libermanın “Yisrael Beiteinu” partiyaları isə hərəyə 9 mandat əldə edə bilər.

İsrail mediası İranın hücumlarından daha çox zərər çəkən bölgələrdə müxalifətə dəstəyin yüksək olduğunu vurğulayır.

Qeyd edək ki, açıqlanan rəqəmlər ilkin sorğu nəticələridir və rəsmi seçki nəticələrindən fərqlənə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər