NATO Hörmüz boğazına hərbi missiya göndərir - KİV

Dünya

19.05.2026 20:38

NATO blokada vəziyyətində olan Hörmüz boğazından mülki gəmilərin təhlükəsiz keçidinə kömək etmək üçün xüsusi missiyaya başlamaq imkanlarını nəzərdən keçirir.

TodayPress TV xəbət verir ki, bu barədə "Bloomberg" agentliyi alyansın yüksəkrütbəli rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi bildirib ki, bu strateji su yolu iyulun əvvəlinə qədər yenidən açılmasa, NATO missiyasına start verilə bilər. Təklif artıq bir neçə üzv dövlət tərəfindən bəyənilsə də, yekun qərarın qəbul edilməsi üçün alyans daxilində hələ də yekdil dəstək yoxdur.

Bu məsələnin NATO ölkələri liderlərinin iyulun 7-8-də Ankarada keçirilməsi planlaşdırılan görüşünün əsas mövzularından biri olacağı gözlənilir.

Bununla belə, alyans ölkələrinin kommersiya gəmilərinin boğazdan təhlükəsiz keçidini tam olaraq necə təmin edə biləcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Aysel Mətləb

TodayPress TV

tag: NATO,Hörmüz,Missiya,TodayPress TV,